"Oğurlanmış prezidentimizi geri istəyirik" - Venesuelanın vitse-prezidenti
Venesuelanın vitse-prezidenti Delsi Rodrigez ABŞ tərəfindən əsir götürülmüş Venesuela lideri Nikolas Maduronun azadlığa buraxılmasında israrlı olduğunu bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, Delsi Rodriges xalqa müraciətində Nikolas Maduro və həyat yoldaşının dərhal azadlığa buraxılması tələbini səsləndirib.
Rodrigez qeyd edib ki, Maduro Venesuelanın qanuni prezidentidir. O, venesuelalıları ölkənin müdafiəsini təmin etmək üçün birləşməyə çağırıb.
"Bu ölkədə yalnız bir prezident var və onun adı Nikolas Maduro Morosdur", - o qeyd edib.
Rodrigezin sözlərinə görə, ABŞ Venesuelaya qarşı yalan bəhanələrlə təcavüz aktı törədib:
"Bu gün Amerika Birləşmiş Ştatları hökuməti Venesuela Respublikasına qarşı misli görünməmiş hərbi təcavüzə başlayıb. Bu hərbi əməliyyat zamanı Prezident Nikolas Maduro və birinci xanım Siliya Flores əsir götürülüblər".
Venesuela vitse-prezidenti Trampın neftə çıxışla bağlı açıqlamalarından danışarkən bildirib ki, rəhbərlik ölkənin təbii sərvətlərini qoruyacaq:
"Ölkəmizin inkişafı üçün vacib olan təbii sərvətlərimizi qorumağa hazırıq. Bu gün Venesuela xalqı enerji ehtiyatlarının əhəmiyyətini aydın şəkildə dərk edib".
Oğuz