Tramp İrandan sonra bu ölkəyə hücum edəcək - Konkret ad çəkildi
“Venesuela və İrandan sonra ABŞ Kubaya göz dikib”.
SAVASHMEDİA.az xəbər verir ki, bu məlumatı ABŞ mətbuatı yayıb.
Mətbuat yazır ki, Venesuela və ardınca İran əməliyyatlarından sonra Prezident Donald Tramp artıq yeni hədəfinə- Kubaya köklənib.
Donald Trampın administrasiyasındakı adı çəkilməyən rəsmilərdən birinin mətbuata açıqlamasına görə, Tramp hər şeyin plan üzrə getdiyini düşünür, hətta buna əmindir.
Məqalədə bildirilir ki, Trampın bu planı risklərlə doludur, çünki iğtişaşlar içində boğulmuş Kuba administrasiyasının miqrantları geri qaytarmağa çalışdığı bir vaxtda ölkəyə müdaxilə etmək ABŞ-ni qarşısıalınmaz qaçqın axını ilə üz-üzə qoya bilər.
Ölkəyə hərbi müdaxilə yerli hakimiyyətə qarşı üsyan üçün zəmin yarada bilər, ancaq illərdir davam edən repressiv hakimiyyətdən sonra ölkədə demək olar ki, heç bir mütəşəkkil müxalifət yoxdur. Bu da ikinci Venesuela hadisəsinə səbəb ola bilər - yəni rejimin hakimiyyətdə qaldığı, lakin Amerikanın nəzarəti ələ keçirdiyi idarəçilik sistemi.
Məqalədə həmçinin bildirilir ki, ABŞ hazırda Kuba ilə razılığa gəlmək üçün danışıqlar aparır. Razılaşma olmasa, hərbi müdaxilə istisna edilmir.
Banu