Lavrovdan mühafizəçilərə "silahları çıxarın" işarəsi - Gərgin anların VİDEOSU

Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalisti silahla hədələyib.

May 15, 2026 - 14:15
May 15, 2026 - 14:26
Lavrovdan mühafizəçilərə "silahları çıxarın" işarəsi - Gərgin anların VİDEOSU

SAVASHMEDİA.az xəbər verir ki, Rusiya rəsmisi Hindistan səfəri çərçivəsində mətbuat konfransı keçirib. 

Lavrovun çıxışı zamanı jurnalistlərdən biri onun rusca nitqinin ingilis dilinə tərcüməsini yüksək səslə işə salıb. Nazir çıxışını dayandıraraq jurnalistə ingiliscə müraciət edib və ondan zalı tərk etməsini istəyib. Bir neçə saniyə sonra jurnalistin cihazı yenidən işə düşüb. 

Bu zaman Lavrov mühafizəçilərdən konfransa mane olan şəxsi zaldan çıxarmalarını xahiş edib. Daha sonra jurnalisti silahla təhdid edib:

“Cənab, üzr istəyirəm, mən zarafat etmirəm. Əgər cihazınızı söndürməsəniz, onlar (mühafizəçilər –red) silahlarını çıxaracaqlar”.

Banu

Посмотреть эту публикацию в Instagram

Публикация от Zulfuqar Savaş (@savashmedia.az)