“Əkrəm İmamoğlunu CHP-dən qovacaq” - Türkiyəni qarışdıran İDDİA
“Silivri həbsxanasında cəza çəkən İBB sədri Əkrəm İmamoğlunu və Beşiktaşın bələdiyyə sədri Rıza Akpolatı CHP-dən xaric edəcəkdi".
SAVASHMEDİA.az xəbər verir ki, bu iddianı iqtidaryönlü TGRT-nin jurnalist Fatih Atik Kamal Kılıçdaroğlu barəsində səsləndirib.
O bildirib ki, K. Kılıçdaroğlunun həbsdə olan bələdiyyə sədrlərini ziyarət proqramına İmamoğlu və Akpolatın adı daxil edilməyib:
"Kılıçdaroğlu İmamoğlu ilə birlikdə Rıza Akpolatı da ziyarət etmədi. Bu məsələ siyasi kuluarlarda qalmaqala səbəb oldu. Əgər Kamal bəy partiya sədri olaraq CHP-yə qayıtsa idi, İmamoğlunu və Akpolatı qovacaqdı. “Adınızı təmizləyib gəlin” deyəcəkdi”.
Banu