Əfsanəvi türk aktyorun oğlu “Survivor 2026”da - FOTOLAR
Türkiyə kinematoqrafiyasının və “Yeşilçam”ın əfsanəvi aktyoru Cüneyt Arkının oğlu “Survivor 2026 Ünlüler - All Star” yarışmasına qatılacaq.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Acun Ilıcalı məlumat yayıb.
Murat Arkının şəklini paylaşan Ilıcalı yazıb:
"Hörmətli Cüneyt Arkının oğlu Murat “Survivor 2026”nın heyətinə qatıldı. Ona ürəkdən uğurlar arzulayıram".
Qeyd edək ki, Acun Ilıcalı bundan öncə müğənnilər – Bayhan Gürhan, Dilan Çıtak, Keremcem, sabiq futbolçu Mert Nobre və aktyor Serhan Onatın “Survivor 2026”da yarışacağını bildirmişdi.
“Survivor 2026 Ünlüler - All Star” yarışması 2026-cı ilin yanvar ayında Dominikan Respublikasında başlayacaq.
Banu
Fotoda: Cüneyt Arkın və Murat Arkın