"İbrahim Tatlısəs məni evindən qovdu, qızı zəng etdi ki..." - Qardaşından AÇIQLAMA
İbrahim Tatlısesin qardaşı Hüseyn Tatlı qonaq olduğu proqramda ailəvi məsələlərdən və incikliklərindən danışıb.
SAVASHMEDİA.az xəbər verir ki, Hüseyn Tatlı qardaşı İbrahim Tatlısesin ona yaxşı davranmadığını bildirib:
“İbrahim Tatlısesi ata olaraq görürdüm. Ancaq o bizə heç vaxt övlad gözü ilə baxmadı. Keçirdiyi qəzadan sonra evinə getdim. Evdə böyük süfrə qurulmuşdu. Hamının adını çəkdi, övladım dedi, ancaq mənə demədi. Çox pis oldum və oranı tərk etdim. O gündən sonra da əlaqəni kəsdim. Karyerama gəlincə, İbrahim Tatlısesin yan-yörəsində “fədai” kimi görünmək istəmədim. Fədai deyil, qardaş olmaq istədim, amma soyuq davranışı əngəl oldu. Hərbi xidmətdən qayıdan kimi televizorumu satdım. Həmin pula viza alıb Almaniyaya getdim. Orada özümə həyat qurdum”.
H.Tatlı İbrahim Tatlısesin onu evindən çıxarmasından da danışıb:
“Mənə zəng edib İ.Tatlıses evdən çıxmağınızı istəyir, orada qızı Dilan Çıtak yaşayacaq dedilər. 15 gün müddət istədim. Bir həftə sonra Dilan zəng edib “əmi nə vaxt evdən çıxacaqsan?” dedi. 15-ci gündə evi boşaltdım. Amma o evdə nə Dilan yaşadı, nə də bir başqası...”
Tanınmış müğənni İ.Tatlısesin illər öncə verdiyi vədi yerinə yetirmədiyini deyib:
“İ.Tatlıses 30 il əvvəl “sizə 10 mərtəbəli bir bina tikdirəcəyəm. Bütün sülaləmi oraya toplayacağam” dedi. Ancaq etmədi”.
Qeyd edək ki, Hüseyn Tatlı özü də müğənnidir. O, İbrahim Tatlısesin 7 qardaşından ən kiçiyidir.
Banu