"İnsanlar 7 saniyəlik havaya qalxacaq" - Avqustun 12-si ilə bağlı ŞOK İDDİA

12 avqust 2026-cı ildə Yerin cazibə qüvvəsinin 7 saniyə müddətində yox olacağı ilə bağlı iddialar yayılıb.

Aug 6, 2026 - 18:32
"İnsanlar 7 saniyəlik havaya qalxacaq" - Avqustun 12-si ilə bağlı ŞOK İDDİA

SAVASHMEDİA.az xəbər verir ki, bununla bağlı NASA rəsmisi “Snopes”-a açıqlama verib.

O bildirib ki, Yerin cazibə qüvvəsinin hətta bir anlıq belə yox olacağını təsdiqləyən heç bir elmi dəlil yoxdur və sosial şəbəkələrdə yayılan məlumatlar elmi əsaslara söykənmir.

Fizika mütəxəssisləri isə vurğulayıblar ki, cazibə qüvvəsi düymə ilə açılıb-bağlanan bir proses deyil. Cazibə planetin kütləsindən yaranan fundamental fiziki qarşılıqlı təsirdir. Onun qısa müddətə belə yox olması mümkün deyil. Kosmosda baş verən qravitasiya dalğaları da Yerdəki cazibə qüvvəsini hiss olunacaq səviyyədə dəyişdirə bilməz.

Qeyd edək ki, “TikTok” və “Instagram” platformalarında paylaşılan videolarda 12 avqust 2026-cı ildə Yerin cazibə qüvvəsinin 7 saniyə ərzində tamamilə yox olacağı iddia edilib. Bundan sonra istifadəçilər "12 avqustda nə baş verəcək?", "Cazibə qüvvəsi, həqiqətən, yox olacaq?", "İnsanlar havaya qalxacaq?" kimi suallar verməyə başlayıblar.

Banu