Azərbaycanda əsgərlərə neçə gün məzuniyyət verilir? - QAYDALAR
Azərbaycanda müddətli həqiqi hərbi xidmətdə olan əsgər və çavuşlara xidmət müddəti ərzində bir dəfə 10 günlük qanuni məzuniyyət verilir.
SAVASHMEDİA.az xatırladır ki, bu müddətə məzuniyyət yerinə gedib-qayıtmaq üçün sərf olunan vaxt daxil edilmir.
Bundan əlavə, ailə üzvünün vəfatı, ağır xəstələnməsi, təbii fəlakət və digər zəruri hallarda hərbi qulluqçulara qısamüddətli məzuniyyət verilə bilər.
Eyni zamanda, nümunəvi xidmət göstərən əsgər və çavuşlar həvəsləndirmə məqsədilə 10 günədək əlavə qısamüddətli məzuniyyət də ala bilərlər. Bu məzuniyyət qanuni məzuniyyətdən ayrıca hesablanır və onu əvəz etmir.
Səlcuq