Tramp Həbib Nurməhəmmədova vəzifə TƏKLİF ETDİ
ABŞ Prezidenti Donald Tramp UFC rəhbəri Dana Uayta Ağ Evin mətbuat katibi vəzifəsini tutmağı təklif edib.
SAVASHMEDİA.az xəbər verir ki, o, bu vəzifəni qəbul edəcəyi təqdirdə Uaytın köməkçiləri arasında rusiyalı döyüşçülər Həbib Nurməhəmmədov və İslam Mahaçevin də olmasını istəyib.
Tramp bu barədə “Truth Social” sosial şəbəkəsindəki hesabında yazıb.
ABŞ Prezidenti paylaşımında Dana Uaytdan köməkçilərini də özü ilə gətirməsini xahiş etdiyini bildirib. O, həmin şəxslər sırasında İslam Mahaçev, Həbib Nurməhəmmədov, Castin Getji, Daniel Kormye, Amanda Nunyes və Kayla Harrisin adlarını çəkib.
Trampın sözlərinə görə, bu idmançılar Uayta “ağılsız solçulara” qarşı mübarizədə kömək edə bilərlər.
“Dana indiyədək heç vaxt olmadığı qədər yaxşı mətbuat katibi olacaq. Dana, xahiş edirəm, razılaş!” - deyə Amerika lideri əlavə edib.
Banu