Rusiyadan Azərbaycana pul köçürmələri niyə dayanıb? - Mərkəzi Bankdan açıqlama

Azərbaycandan Rusiyaya "Zolotaya Korona" sistemi ilə pul köçürmələrinin dayandırılması ilə bağlı qərar banklar və ödəniş sistemləri arasında razılaşma əsasında qəbul edilib. 

Aug 6, 2026 - 18:05
Rusiyadan Azərbaycana pul köçürmələri niyə dayanıb? - Mərkəzi Bankdan açıqlama

SAVASHMEDİA.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Mərkəzi Bankıdan bildirilib.

AMB bildirib ki, bankların tərəfdaşları ilə əməkdaşlığına müdaxilə etmir və bu qərarlar qanunvericiliyin tələbləri, eləcə də risklər nəzərə alınmaqla banklar tərəfindən müstəqil şəkildə verilir.

Qeyd edək ki, son günlər "Zolotaya Korona" vasitəsilə Rusiyaya pul köçürmələrinin müvəqqəti dayandırıldığı bildirilir. 

"Zolotaya Korona"nın rəsmi saytında Azərbaycan artıq nə pul göndərən, nə də pul qəbul edən ölkələr siyahısında yer alır. Bundan əlavə, bəzi Azərbaycan bankları (məsələn, Unibank və Yelo Bank) Rusiya istiqamətində xidmətin dayandırıldığını bildiriblər.

Məlumatlara görə, bu məhdudiyyət Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi son sanksiyalardan sonra yaranıb.

Aytən