"Manato" 50 min manat cərimələndi - Ağır İTTİHAMLAR

Azərbaycanda "Manato" brendi ilə fəaliyyət göstərən kredit təşkilatı Azərbaycan Mərkəzi Bankının apardığı nəzarət yoxlamalarından sonra inzibati məsuliyyətə cəlb olunub.

Aug 5, 2026 - 14:05
"Manato" 50 min manat cərimələndi - Ağır İTTİHAMLAR

SAVASHMEDİA.az xəbər verir ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə "SF Azerbaijan" Bank Olmayan Kredit Təşkilatı MMC 50 min manat cərimələnib. 

Qərar cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qanunvericiliyin tələblərinin pozulması ilə bağlı qəbul edilib. Təşkilatın vəzifəli şəxsinə isə 10 min manat məbləğində cərimə tətbiq olunub.

 Təşkilatın vəzifəli şəxsinə isə 10 min manat məbləğində cərimə tətbiq edilib.

Mərkəzi Bank pozuntuların konkret mahiyyətini açıqlamayıb. Qurum yalnız inzibati tədbirin cari nəzarət prosesləri zamanı aşkar olunan qanun pozuntuları əsasında görüldüyünü bildirib.

Qeyd edək ki, "SF Azerbaijan" BOKT Azərbaycanda "Manato" brendi ilə qısamüddətli onlayn mikrokredit xidmətləri göstərir.

Aytən