Paşinyan köməkçisini vəzifəsindən azad etdi
Ermənistan Baş nazir Nikol Paşinyan Arsen Mixaylovu köməkçisi vəzifəsindən azad edib.
SAVASHMEDİA.az xəbər verir ki, Ermənistan hökumətinin başçısı bununla bağlı müvafiq qərarı imzalayıb.
"Dövlət qulluğu haqqında" Qanunun 9-cu maddəsinin 10-cu hissəsini rəhbər tutaraq, baş nazirin köməkçisi vəzifəsini icra edən Arsen Mixaylov vəzifəsindən azad edilsin", - Paşinyanın qərarında bildirilib.
Aytən