"Ərdoğan İsraillə müharibəyə qoşulurdu, onu mən saxladım"   - Tramp

ABŞ Prezidenti Donald Tramp Ankarada keçirdiyi mətbuat konfransında Prezident Rəcəb Tayyib Ərdoğanla bağlı maraqlı açıqlama verib.

Jul 8, 2026 - 13:11
Jul 8, 2026 - 17:28
"Ərdoğan İsraillə müharibəyə qoşulurdu, onu mən saxladım"   - Tramp

SAVASHMEDIA.az xəbər verir ki, Tramp Ərdoğanın İsraillə müharibəyə qoşulmağa yaxın olduğunu deyib.

"Ərdoğan İsrailə rəğbət bəsləyən lider deyil. O, İsraillə müharibəyə qoşulmaq istəyirdi. Ərdoğanın qarşısını mən aldım", - Tramp bildirib.

ABŞ prezidenti çıxışı zamanı Türkiyə lideri ilə münasibətlərinin yaxşı olduğunu da vurğulayıb. O, Ərdoğanı "güclü lider" adlandıraraq, gərginliyin daha da artmasının qarşısını almaqda rol oynadığını iddia edib.

Rəsmi Ankara isə Trampın bu açıqlamasına münasibət bildirməyib.

Oğuz