Kazanda olan Ərdoğan BRİKS sammitində iştirakdan imtina etdi - "Təyyarəmi hazırlayın, qayıdıram"
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BRİKS-in Kazanda keçirilən sammitində iştirakdan imtina edib.
SAVASHMEDİA.az CNN-ə istinadla xəbər verir ki, dövlət başçısı oktyabrın 24-də Türkiyəyə qayıdacaq.
“Cənab prezident Türkiyəyə qayıdır. Sabah saat 11.30-da Tatarıstandan havaya qalxacaq”, - türkiyəli jurnalistlər bildirib.
Türkiyə prezident administrasiyası hələlik bu məlumatı şərh etməyib.
Türkiyə liderinin gözlənilməz gedişi çox güman ki, Ankara yaxınlığındakı Türk Aviasiya Sənayesi (TUSAS) zavodunda baş verən terror aktı ilə bağlıdır.
Ankara yaxınlığındakı zavodda baş vermiş terror aktında qurbanların sayı 5 nəfərə çatıb, 22 nəfər isə yaralanıb.
Oğuz