Zelenskinin ərazi mübadiləsi təklifinə cavab - "Rusiya öz torpaqları ilə alver etmir"
Rusiya Dövlət Dumasının Krımdan olan deputatı, istefada olan general-mayor Leonid İvlev Vladimir Zelenskinin “ərazilərin mübadiləsi” ilə bağlı bəyanatına cavab verib.
SAVASHMEDİA.az xəbər verir ki, parlamentari Ukrayna rəhbərini İlf və Petrovun məşhur “On iki stul” romanını yenidən oxumağa çağırıb və əsərdəki “sövdələşmə yersizdir” ifadəsini xatırladıb.
"Rusiya öz torpaqları ilə alver etmir. Rusiya öz torpaqlarını tarixən isveçlilərdən, polyaklardan, fransızlardan, almanlardan və digər faşist zibillərindən azad edib. Həmişə də belə olacaq", - deputat deyib .
Oğuz