Almeydanı "Qarabağ"dan həyat yoldaşı ayırıb? - Özü danışdı

"Gedişim ani olmadı, neçə vaxtdır bu barədə düşünürdüm. Bəzən elə anlar gəlir ki, qərar verməli olursan. Hamı "Qarabağ"a, Qurban müəllimə olan sevgimi bilir".

Feb 12, 2025 - 00:36
Almeydanı "Qarabağ"dan həyat yoldaşı ayırıb? - Özü danışdı

SAVASHMEDİA.az xəbər verir ki, bu sözləri "Qarabağ"dan ayrılan Riçard Almeyda jurnalistlərə açıqlamasında deyib.

35 yaşlı yarımmüdafiəçi bildirib ki, karyerasının son dövrünü vətənində keçirmək istəyir:

"Həyat yoldaşımla düşündük, qərara gəldik ki, Braziliyaya qayıdaq. Artıq həyatda yeni səhifə açmaq lazımdır. Braziliyada cəmi 4 oyun keçirmişəm. Daha sonra uzun müddət Portuqaliyada, Azərbaycanda çıxış etmişəm. Qərar qəbul etdim ki, öz vətənimdə də futbolun dadına baxım. Kim bilir, bəlkə bir gün məşqçi kimi Azərbaycana qayıtdım".