Putin Ərdoğandan buna görə inciyib - Hətta 4 aydır ki...

“Rusiya ilə Türkiyə arasındakı diplomatik münasibətlər gərginləşib”.

Mar 31, 2026 - 17:42
Mar 31, 2026 - 19:02
Putin Ərdoğandan buna görə inciyib - Hətta 4 aydır ki...

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumatda bildirilir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında 4 aydır ki, heç bir görüş, hətta telefon zəngi belə olmayıb. Onlar sonuncu dəfə 2025-ci ilin dekabr ayında Türkmənistanda görüşüblər.

Mətbuat iddia edir ki, bu gərginlik özünü Rusiyanın Türkiyəyə səfir təyinatını gecikdirməsində də büruzə verib. Rusiyanın Türkiyədəki sabiq səfiri Aleksey Yerhov 2025-ci ilin sentyabr ayında vəzifəsini tərk edib. Rusiya yeni səfiri (Sergey Verşin) yalnız 6 ay sonra – 2026-cı il martın sonunda təyin edib. Rusiya həmin vaxt ərzində Türkiyə ilə münasibətlərini müvəqqəti işlər vəkili səviyyəsində davam etdirib.

İddiaya görə, əlaqələri gərginləşdirən, Putin- Ərdoğan münasibətlərini soyudan başlıca səbəb Türkiyənin Trampın ikinci dəfə prezident seçilməsindən sonra ABŞ ilə yaxınlaşması olub. ABŞ-nin Rusiyanın müttəfiqi Venesuelaya qarşı keçirdiyi hərbi əməliyyat zamanı belə liderlər ünsiyyət qurmayıblar. Türkiyənin Tramp Administrasiyasına Venesuelaya müdaxilə ilə bağlı ciddi reaksiya verməməsi Putinlə Ərdoğanın münasibətlərinə zərbə vurub.

Bu müddət ərzində Rəsmi Moskvanın Ankara ilə tək təması Türkiyə səfirinin Rusiya XİN-ə çağırılması çərçivəsində olub. Bu təmasa səbəb isə Ukraynanın Qaradənizdə, Türkiyənin su sərhədinə yaxın ərazidə PUA-lar və pilotsuz sualtı vasitələrlə Türkiyə neft tankerinə hücum etməsi və “Mavi Axın”, “Türk Axını” təbii qaz boru kəmərlərinin infrastrukturuna ciddi ziyan vurmaq cəhdləri olub. Rəsmi Moskva Türkiyədən Ukraynanın hərəkətlərinə sərt reaksiya verməsini və bu hücumları pisləməsini tələb edib.

Banu