ABŞ Ukraynanı meydanda tək qoydu, Zelenski üçün ağır gecə – Pentaqondan ŞOK QƏRAR
Ukrayna prezidenti Volodimir Zelenskinin müharibədə dönüş yaratmaq üçün son ümidlərindən biri də boşa çıxır.
SAVASHMEDİA.az xəbər verir ki, söhbət Ukraynaya Qərb raketləri ilə Rusiyanın dərinliklərinə zərbələr endirmək icazəsinin verilməsindən gedir. Bu məsələ uzun müddətdir ki, müzakirə olunurdu və Zelenski dəfələrlə belə bir icazənin Ukrayna üçün həyati əhəmiyyətə malik olduğunu açıqlamışdı.
Amma bu gün məlum olub ki, ABŞ Ukraynaya belə bir icazə verməyəcək. Pentaqonun yaydığı rəsmi açıqlamada bildirilib ki, ABŞ-nin Ukrayna Silahlı Qüvvələrinin Qərb raketləri ilə Rusiya ərazisinin dərinliklərinə hücumlara qoyduğu məhdudiyyətlər eskalasiya riski səbəbindən aradan qaldırılmayacaq.
Qurum Vaşinqtonun bu məsələdə mövqeyinin dəyişmədiyini vurğulayıb.
Məlumat üçün bildirək ki, Rusiya rəsmiləri Ukraynaya belə bir icazənin veriləcəyi təqdirdə ağlasığmaz cavab tədbirləri gerçəkləşdirəcəklərini bəyan etmişdilər.
Məsələn, Rusiya Dövlət Dumasının Təhlükəsizlik Komitəsinin üzvü Mixail Şeremet ABŞ-ni və Avropanı açıq mətnlə belə təhdid etmişdi: “Belə bir icazə veriləcəksə, Avropa olmayacaq, qitə yox olacaq və bəlkə də bütün bəşəriyyət yox olacaq. Düşünürəm ki, bunların hamısı çox pis başa çatacaq və dünyamız son mərhələyə, bəlkə də son müharibəyə yaxınlaşacaq. Vəssalam"
Oğuz