İmamoğlu həbsxanadan "hazırlaşın" çağırışı etdi - “Hamı paylaşsın” + FOTO
İstanbul Böyükşəhər Bələdiyyə başqanı Əkrəm İmamoğlu “Prezidentliyə Namizəd Ofisi” profilindən paylaşım edib.
SAVASHMEDİA.az xəbər verir ki, paylaşımda gənclərə səslənən İmamoğlu onları komanda yoldaşları adlandırıb və hazır olmağa çağırıb:
“Sevgili gənclər, bütün dostlarınızla paylaşın;
Qadağaları, ədalətsizliyi və ümidsizliyi sizinlə birlikdə kökündən qoparıb atacağıq. Azad və qadağasız mühitdə elə gözəl işlər görəcəyik ki, dünya sizdən danışacaq. Sizinlə birlikdə Türkiyəni layiq olduğu yerə yüksəldəcəyimiz günlərin həyəcanı ilə ölkəmizin gələcəyini dizayn edirik. Siz mənim ən yaxşı komanda yoldaşlarım olacaqsınız. Birlikdə çalışıb həll yolları və ideyalar tapacağıq. Süni intellektdən sahibkarlıq dünyasına, innovativ ideyalardan idmana, iqtisadiyyatdan mədəniyyətə və incəsənətə qədər bir çox sahədə birlikdə böyük işlər görəcəyik.
Hazırlaşın, böyük bir səyahətə çıxırıq”.
Xatırladaq ki, Türkiyə hökuməti Əkrəm İmamoğlunun X sosial şəbəkəsindəki hesabını bağlatdırıb.
Banu