Doğum və ölüm üçün verilən müavinət artırıldı – Məbləğ

Prezident İlham Əliyevin fərmanı ilə sosial müavinətlər artırılıb.

Jun 12, 2025 - 17:39
Doğum və ölüm üçün verilən müavinət artırıldı – Məbləğ

SAVASHMEDİA.az xəbər verir ki, fərmanda uşağın anadan olmasına görə və dəfn üçün müavinət 600 (altı yüz) manat müəyyən edilib.

Beləliklə, sözügedən müavinət növünün məbləği 100 manat artırılıb. 

Qeyd edək ki, uşağın anadan olmasına görə və dəfn üçün müavinət 500 manat idi.