Putin son qərarını açıqladı - Əsədi təhvil verir?

Rusiya Prezidenti Vladimir Putin Bəşər Əsədin Suriyaya ekstradisiyası tələbini rədd edib.

Apr 18, 2025 - 20:28
Putin son qərarını açıqladı - Əsədi təhvil verir?

SAVASHMEDİA.az xəbər verir ki, Rusiya və Suriya nümayəndələri bir neçə dəfə görüş keçiriblər.

Görüşlərdə Rusiya-Suriya münasibətləri və Bəşər Əsədin Dəməşqin yeni administrasiyasına təhvil verilməsi müzakirə olunub. 

Suriya Prezidenti Əhməd əl Şaraa da bir neçə dəfə Rusiya hökumətindən Bəşər Əsədin ekstradisiyasını tələb edib. Nəhayət Rusiya hökuməti qərarını açıqlayaraq, bu tələbi yerinə yetirməyəcəyini bildirib.

Xatırladaq ki, Bəşər Əsəd ötən il dekabrın 8-də müxaliflər Dəməşqi ələ keçirəndən sonra devrilib və Rusiyaya qaçıb. Əsədin sərvətini Rusiyaya 4 təyyarə daşıyıb. Əsədin Moskvaya çatdıqdan sonra ilk işi “Город столиц” kompleksində 30 milyon funt-sterlinqə 20 dəbdəbəli mənzil alması olub.

Banu