"O, Trampın səsi deyil, süni intellektlə düzəldiblər, yaymayın" - Təkzib olundu
Kiçik Donald Trampın mətbuat katibi Endryu Surabian ABŞ prezidentinin oğluna məxsus olduğu iddia edilən səs yazısı ilə bağlı açıqlama verib.
O, “Triggered” podkastında kiçik Trampın səsinə çox oxşayan səsin əslində ona məxsus olmadığını iddia edib.
SAVASHMEDİA.az xatırladır ki, həmin səs yazısında kiçik Tramp Vaşinqtonun Ukraynaya deyil, Rusiyaya silah verməli olduğunu demişdi.
"Bu, süni intellekt tərəfindən yaradılmış 100 faiz saxta səs yazısıdır" - açıqlamada bildirilir.
O, həmçinin açıq-aşkar saxtakarlığa baxmayaraq, Tramp ailəsinin əleyhdarlarının dezinformasiyanı vicdansız şəkildə yaymaq cəhdlərini dayandırmayacağından narahatlığını ifadə edib.
Oğuz