Bakı, Vyana, Astana, yoxsa? - Trampla Putin harada görüşəcək?
Prezidenti seçildikdən sonra Ukraynada müharibəni 24 saata bitirəcəyinə söz verən Trampla Vladimir Putin arasında görüş gündəm mövzularındandır.
Son günlərdə isə həm Putin, həm də Tramp belə bir görüşə hazır olduqları barədə qarşılıqlı bəyantlar verirlər ki, bu da ABŞ-nin yeni prezidentinin Ağ Evə daxil olmasından sonra sözügedən görüşün baş tutacağına dair qənaət yaradır.
Rusiyanın aparıcı “teleqram” kanalları artıq Vladimir Putin və Donald Tramp arasında görüşə hazırlıq getdiyi barədə məlumatlar yayırlar.
Bildirilir ki, görüşün keçirilməsi üçün üç neytral meydança müzakirə olunur. Onlardan biri MDB-də Astana və ya Bakı ola bilər. İkincisi, Mərkəzi Avropadakı Avstriyanın paytaxtı Vyana, üçüncüsü isə Türkiyənin istanbul şəhəridir. Bir çoxları Türkiyəni daha şanslı qiymətləndirsələr də, xüsusilə də Suriyada baş verən hadisələrdən sonra Kremlə yaxın dairələrin Ankaraya münasibəti xeyli kəskinləşib. Ona görə də son anda görüşün yeri ilə bağlı tamamilə fərqli qərar verilə bilər.
Azpolitika