Kılıçdaroğlu CHP qərargahına girə bilmir - Özel tərəfdarları ayağa qalxdı

Məhkəmənin CHP-nin son qurultayının nəticələrini ləğv edərək partiyanın keçmiş sədri Kamal Kılıçdaroğlunu vəzifəsinə bərpa etməsindən sonra partiya daxilində gərginlik pik həddə çatıb.

May 24, 2026 - 16:15
Kılıçdaroğlu CHP qərargahına girə bilmir - Özel tərəfdarları ayağa qalxdı

SAVASHMEDİA.az xəbər verir ki, CHP-nin Ankaradakı mərkəzi qərargahı qarşısında Kılıçdaroğlu və Özgür Özel tərəfdarları arasında qarşıdurma yaşanıb. 

Kılıçdaroğlunun nümayəndələri binaya daxil olmağa çalışsa da, Özel tərəfdarları buna mane olub. Tərəflər arasında itələşmə və su şüşələrinin atılması ilə müşayiət olunan toqquşmalar baş verib.

Ankara Valiliyi polisə məhkəmə qərarının icrasını təmin etmək tapşırığının verildiyini açıqlayıb. Kılıçdaroğlunun sözçüsü Atakan Sönməz vəziyyətdən narahat olduqların və problemin dinc yolla həllini istədiklərini bildirib.

Özelin komandası isə baş verənləri “çevriliş cəhdi” adlandıraraq çıxış yolunun təcili qurultay keçirilməsi olduğunu bəyan edib. Tərəflər arasında danışıqların aparılması gözlənilir.

Xatırladaq ki, Ankara məhkəməsi CHP sədri Özgür Özelin seçildiyi 2023-cü il qurultayının nəticələrini etibarsız sayaraq Kamal Kılıçdaroğlunu partiya rəhbəri elan edib. 

Oğuz