CHP-dəki sonuncu "bomba", Kılıçdaroğlunu o "partladacaq" - Mansur Yavaş niyə qaldı?

Özgür Özelin CHP-dən ayrılaraq yeni partiya yaratmasından sonra gözlər Ankara Böyükşəhər Bələdiyyə sədri Mansur Yavaşa çevrilib.

Jul 24, 2026 - 17:18
CHP-dəki sonuncu "bomba", Kılıçdaroğlunu o "partladacaq" - Mansur Yavaş niyə qaldı?

SAVASHMEDİA.az xəbər verir ki, Yavaşın "Yeni Parti"yə keçəcəyi ilə bağlı iddialar yayılsa da, kulislərdə onun CHP-də qalacağı bildirilir. 

Ankaradakı siyasi kulislərdə isə bu mövzu ilə bağlı fərqli ssenarilər də müzakirə olunur.

İddialara görə, Mansur Yavaşın CHP-də qalması Özgür Özel komandası ilə razılaşdırılmış strategiyanın bir hissəsidir. Bu versiyaya əsasən, Yavaşın növbəti qurultayda CHP sədri postuna yiyələnəcəyi planlaşdırılıb.

Bundan sonra isə "Yeni Parti"nin rəsmi qərarla CHP-yə birləşəcəyi gözlənilir.

Xatırladaq ki, Mansur Yavaş Türkiyə müxalifətində prezidentliyə potensial namizədlərdən biri kimi göstərilir. 

Oğuz