“Hamı üçün baha başa gələcək” - Zelenski Putinlə görüşdən danışdı

Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə görüşəcəyi təqdirdə tam atəşkəs və bütün məhbusların mübadiləsi barədə danışacağını bildirib. 

May 14, 2025 - 12:29
“Hamı üçün baha başa gələcək” - Zelenski Putinlə görüşdən danışdı

SAVASHMEDİA.az xəbər verir ki, Zelenski bu barədə “Liberation” nəşrinə müsahibəsində deyib. 

“Atəşkəs, bütün məhbusların dəyişdirilməsi – onunla görüşdən tam siyasi qələbə ilə çıxmalıyam”, - Zelenski vurğulayıb.

Onun sözlərinə görə, ruslar ukraynalılara, ukraynalılar isə ruslara etibar etməyəcəklər. Ukrayna prezidenti hesab edir ki, istənilən razılaşmalara əməl olunacağına yalnız kənar vasitəçilər təminat verə bilər.

Zelenski hər iki tərəfin hörmət edəcəyi, etibarlı, balanslaşdırılmış vasitəçiliyin zəruri olmasında təkid edir. O xüsusilə nəzarət mexanizminin mümkün təminatçısı kimi ABŞ-ni xatırladır və hesab edir ki, ABŞ Prezidenti Donald Trampın iştirakı Rusiya liderinin gəlməsini təşviq edə bilər. 

“Putin gəlməsə, bu, onun üçün tam məğlubiyyət kimi görünəcək”, - Zelenski əlavə edib.

O, ABŞ və Avropa İttifaqını Rusiyaya qarşı yeni sərt sanksiyaların tətbiqinə çağırıb.

Müharibənin nə qədər davam edəcəyi ilə bağlı suala Zelenski belə cavab verib: “Heç kim nə qədər davam edəcəyini bilmir. Amma on il deyil. Ukrayna tab gətirməz. Bu, hamı üçün – təkcə dostlar üçün deyil, düşmənlər üçün də baha başa gələ bilər”.

Xatirə SADIQ