"Nikol sizin xidmətçinizdir, "get" desəniz, gedəcəyəm" - Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan parlament seçkiləri öncəsi İrəvanın Avan rayonunda seçicilərlə görüşüb.

May 23, 2026 - 16:23
"Nikol sizin xidmətçinizdir, "get" desəniz, gedəcəyəm" - Paşinyan

SAVASHMEDİA.az xəbər verir ki, hakim “Vətəndaş Müqaviləsi” Partiyasının nümayəndələri ilə birlikdə yürüş edən Paşinyan sakinlərə seçki bukletləri paylayaraq onları səsvermədə fəal iştirak etməyə çağırıb.

Çıxışı zamanı Paşinyan ölkədə yeganə qərarverici qüvvənin xalq olduğunu bildirib:

“Xalq mənim getməli olduğuma qərar versə, heç bir müzakirə aparmadan postumu tərk edəcəyəm. Seçicilərin çoxu "qal" desə, qalacağam, "get" desə, gedəcəyəm. Nikol sadəcə xalqın xidmətçisidir”.

Qeyd edək ki, Ermənistanda mayın 8-də başlayan seçkiqabağı təşviqat kampaniyası iyunun 5-dək davam edəcək. Parlament seçkilərində 19 siyasi qüvvə – 2 ittifaq və 17 partiya mübarizə aparır.

Oğuz