Özgür Özel CHP qrup başqanı seçildi
Özgür Özel Cümhuriyyət Xalq Partiyasının (CHP) parlament qrupunun sədri seçilib.
SAVASHMEDİA.az xəbər verir ki, CHP bu gün parlament qrupunun təcili iclasını keçirib.
Qapalı keçirilən toplantıdakı səsvermədə 96 millət vəkili iştirak edib. 95 millət vəkili Özgür Özelə səs verib. Bir millət vəkilinin səsi etibarsız hesab edilib. Üzrlü səsbəblərdən səsverməyə qatıla bilməyən 15 millət vəkili də Ö.Özelə dəstək veriblər. Beləliklə, Özgür Özel toplamda 110 millət vəkilinin dəstəyi ilə partiyasının parlamentdəki qrup sədri seçilib.
Özelin qrup sədri seçilməsinə ilk reaksiyanı Kamal Kılıçdaroğlunun yaxın adamı, bir müddət əvvəl partiyaya qəyum təyin edilmiş Gürsel Tekin verib:
“CHP-nin qrup sədri seçilən Özgür Özelə uğurlar arzulayıram. Bundan sonra cənab Özellə cənab Kılıçdaroğlu birgə işləyəcəklər. Türkiyənin gözlədiyi mənzərə də bu idi”.
G.Tekin “CHP-nin yeni sədrinin seçiləcəyi qurultay nə vaxt keçiriləcək?” sualına da aydınlıq gətirib:
“Məncə, qurultay 7-8 aydan tez keçirilməyəcək”.
Türkiyə mətbuatının CHP-dəki mənbələrindən əldə etdiyi məlumata görə, Özgür Özel və həmkarlarının bu addımı atmasının səbəbi məhkəmənin qərarı ilə sədr vəzifəsinə qaytarılan Kılıçdaroğlunun partiyanın bayramdan sonra Türkiyə Böyük Millət Məclisində (TBMM) keçiriləcək qrup toplantısına sədrlik etməsinin qarşısını almaqdır.
Banu