Londondakı görüş təxirə salındı - “The Guardian”
Ukraynadakı müharibə ilə əlaqədar Londonda keçirilməsi gözlənilən sülh danışıqları ertələnib.
SAVASHMEDİA.az “The Guardian” nəşrinə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
“Ukrayna sülh danışıqları ilə bağlı xarici işlər nazirlərinin bugünkü görüşü təxirə salınıb. Rəsmi səviyyədə danışıqlar davam edəcək, lakin mediaya qapalı olacaq", - deyə XİN-nin bəyanatında bildirilib.
Qeyd edək ki, danışıqlarda ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və Ukraynanın diplomatik nümayəndəliklərinin rəhbərləri iştirak etməli idi.
Bir gün öncə məlum oldu ki, ABŞ dövlət katibi Marko Rubio Londona gəlməyəcək, toplantıda ABŞ prezidentinin Ukrayna üzrə xüsusi elçi Kit Kelloq iştirak edəcək.
Sonradan KİV xəbər verdi ki, Londona səfərlərini yəqin ki, Fransa və Almaniya xarixci işlər nazirləri də ləğv edəcəklər.
“Sky News” bildirib ki, Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Londondadır və Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi ilə ikitərəfli görüş keçirəcək.
Xatirə SADİQ