İmamoğlu öz məhkəməsindən zorla çıxarıldı - "Klounluq edə bilməzsiniz"

Bu gün CHP-nin prezidentliyə namizədi, İstanbul Böyükşəhər Bələdiyyəsinin həbsdə olan sədri Əkrəm İmamoğlunun məhkəməsi keçirilib.

Jul 2, 2026 - 14:10
İmamoğlu öz məhkəməsindən zorla çıxarıldı - "Klounluq edə bilməzsiniz"

SAVASHMEDİA.az “Sözcü” qəzetinə istinadən xəbər verir ki, məhkəmədə hakimlə İmamoğlu arasında mübahisə yaşanıb.

Məlumata görə, hakim müdafiənin 9 iyul tarixinə qədər tamamlanmasını tələb edib.
 
Əkrəm İmamoğlu isə etiraz edərək bildirib ki, bazar ertəsi günü iki ayrı, növbəti həftə isə daha iki ayrı cinayət işi mühakiməsi var:

“Biz fövqəladə səylə haqqımızı və hüququmuzu müdafiə edirik. Müdafiənin 9 iyul tarixinə qədər tamamlanması mümkün deyil”.

İmamoğlunun etirazlarından sonra hakim ona “Narazılığa davam etsəniz, sizi zaldan çıxaracağam” deyib. İmamoğlu isə hakimə “Qəbul etmirəm, görəcəksiniz” cavabını verib.

Məhkəmə zalında səslər daha da yüksəlib. Hakimin qərarı ilə Əkrəm İmamoğlu zorla zaldan çıxarılıb. 

Buna etiraz edən millət vəkilləri ilə məhkəmə polisi arasında dava düşüb. Hakim isə millət vəkillərini təhqir edib:

“Nə gözləyirsiniz? Millət vəkillərini də zaldan çıxarın. Parlament üzvü və ya adi müşahidəçi, heç bir fərqi yoxdur, hamısını çıxarın. Millət vəkilisiniz deyə burada klounluq edə bilməzsiniz”.

Banu