Putin yaxın adamını cəzalandırdı - Nə təklif etmişdi?

Vladimir Putinin yaxın adamlarından olan Rusiya prezident administrasiyası rəhbərinin müavini Dmitri Kozak bu yaxınlarda Kreml rəhbərinə Ukraynada müharibəni dayandırmağı və sülh danışıqlarına başlamağı təklif edib.

Aug 11, 2025 - 14:11
Putin yaxın adamını cəzalandırdı - Nə təklif etmişdi?

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) nəşri Kremlə yaxın mənbələrinə istinadən yazıb.

“Bu yaxınlarda Kremldəki mənbələrin sözlərinə görə, Kozak həmkarlarına xəbər verib ki, o, Putinə döyüşləri dayandırmaq və sülh danışıqları aparmaq haqqında təklifini təqdim edib. Onlar əlavə ediblər ki, Kozak həmçinin Putini daxili islahatlar aparmağa, o cümlədən Rusiyanın güclü təhlükəsizlik qüvvələrini hökumətin nəzarəti altına ötürməyə və müstəqil məhkəmə sistemi yaratmağa çağırıb”, - deyə nəşr vurğulayıb. 

Lakin NYT onu da qeyd edib ki, Kozak Putini məyus edib, çünki o, “Ukraynaya müdaxiləni səhv hesab etdiyini açıq şəkildə bəyan edib” və onun bir çox səlahiyyətləri indi Kreml administrasiyasının digər müavini Sergey Kiriyenkoya ötürülüb.

Dmitri Kozak

Kremlə yaxın insanların dediyinə görə, Kozak Putinin yaxın çevrəsindən yeganə yüksək vəzifəli məmurdur ki, müharibəyə qarşı olduğunu açıq şəkildə söyləyir, hərçənd, o, bu tənqidi açıq şəkildə səsləndirmir.

Nəşr hesab edir ki, Kozakın israrı çətin ki, Putinə təsir etsin, çünki Rusiya prezidenti onun Ukrayna ilə bağlı onun sərt tələblərini dəstəkləyən insanların əhatəsindədir: “Lakin bu, Moskva elitasının bir hissəsini Putinin müharibədə güzəştə getmək istəməməsi və təhlükəsizlik xidmətlərinin getdikcə daha çox nəzarətsiz olması ilə bağlı məyusluğunu əks etdirir”. 

NYT Kreml insayderlərinə istinadən vurğulayır ki, Kozak nüfuzunu itirməsinə rəğmən Putinə müəyyən qədər çıxışını saxlayıb. Onların fikrincə, Putinin Kozakı yanında saxlaması rus hökmdarının köhnə köməkçilərinə sədaqətini əks etdirir.

Putin, görünür, Kozakdan Qərblə qeyri-rəsmi təmaslar üçün də vasitəçi kimi istifadə edib. Kozakın Qərbdə əlaqə saxladığı şəxs bildirib ki, 2022-ci ildən bəri bir neçə dəfə onunla görüşüb və Kozak işğalla razılaşmadığını açıq şəkildə ifadə edib. 

Qərbdəki həmsöhbətinin sözlərinə görə, Kozak tez-tez “Mənə arqumentlər göstərin” deyirmiş. Bu şəxsin sözlərinə görə, Kozak Putini kursu dəyişməyə inandırmaq üçün ideyalar istəyirdi”.

2022-ci ildə “Reuters”ə məlum olmuşdu ki, Kozak Rusiya prezidentini inandırmağa çalışıb ki, NATO-ya üzv olmaqdan imtina etmək üçün Ukrayna ilə ilkin razılığa gəlib. 

Xatirə SADİQ