Peskov Türkiyə ilə Ermənistanı eyniləşdirdi – “Havadan asılmış kökdür”
“Avropa İttifaqına üzvlük “havadan asılmış kök” kimi bir şeydir”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Ermənistanın Avropa İttifaqına (Aİ) qoşulmaq niyyətini şərh edərkən deyib.
Peskov məsələ ilə bağlı Türkiyəni misal göstərib:
“Avropa İttifaqına üzvlük ”havadan asılmış kökdür”. Bütün dövlətlərə elə gəlir ki, bu, yaxındadır. Amma mən Türkiyə nümunəsini çox yaxşı bilirəm. Artıq onilliklərdir ki, bu kökü Türkiyənin qarşısında saxlayırlar, lakin o, heç cür yaxınlaşmır”.
Kreml rəsmisi həmçinin Ermənistan rəhbərliyinin Rusiya qazının güzəştli qiyməti ilə bağlı açıqlamalarına da münasibət bildirib. O qeyd edib ki, bu qiymət Avrasiya İqtisadi İttifaqı (Aİİ) üzrə tərəfdaş ölkələr üçün qüvvədədir.
Banu