"Buna mən yox, xalq qərar verəcək" - Paşinyan 

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, ölkənin Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlüyünün taleyini özü deyil, ölkə xalqı həll edəcək.

May 27, 2026 - 14:14
"Buna mən yox, xalq qərar verəcək" - Paşinyan 

SAVASHMEDİA.az xəbər verir ki, o, bu açıqlamanı seçicilərlə görüşündə verib.

"Deyirəm ki, Ermənistan xalqının AİB və ya Aİ-nin bir hissəsi olmaq üçün alternativi olmalıdır", - siyasətçi vurğulayıb.

Paşinyan bildirib ki, məqsədi xalqa seçim edə biləcəkləri alternativlər təqdim etməkdir. 

Bu açıqlama Paşinyanın bölgələrə seçki kampaniyası zamanı verilib. Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.