“Diplomatik vasitələr tükənib, Ukraynaya...” – Almaniya kansleri
Almaniya kansleri Fridrix Merts Bundestaqda çıxışı zamanı ölkəsinin Ukraynaya əlavə dəstək göstərəcəyini vəd edib.
SAVASHMEDİA.az bu barədə “Tagesschau” nəşrinə istinadən xəbər verir.
“Cinayətkar rejim bütöv bir ölkənin mövcudluq hüququnu açıq şəkildə şübhə altına almaq üçün hərbi gücdən istifadə etdikdə və bütün Avropa qitəsinin siyasi azadlığını məhv etmək niyyətində olduqda diplomatik vasitələr tükənir”, - Merts vurğulayıb.
“Bild” isə yazır ki, Merts həm də “Almaniya üçün Alternativ” partiyasının lideri Alisa Vaydeli tənqid edib. Buna səbəb Vaydelin Bundestaqda çıxışı zamanı Rusiyanın Ukraynaya kütləvi hücumundan bəhs etmədiyi olub.
“Biz hətta bu zalda solçuların və rusiyapərəstlərin müqavimətinə baxmayaraq, Ukraynaya kömək etməyə davam edəcəyik. Biz bu dəstəyi davam etdirəcəyik”, - Merts diqqətə çatdırıb.
Xatirə SADIQ