“Trampı yola gətirməyə çalışdıq, amma…” – Çexiya prezidenti

“NATO-nun Haaqa sammiti zamanı qapalı şam yeməyində avropalı liderlər ABŞ Prezidenti Donald Trampı Rusiyaya təzyiqləri artırmağa çağırdılar. Lakin Tramp qərarsız qaldı”.

Jun 30, 2025 - 12:23
“Trampı yola gətirməyə çalışdıq, amma…” – Çexiya prezidenti

SAVASHMEDİA.az xarici mediaya istinadən xəbər verir ki, bunu Çexiya Prezidenti Petr Pavel deyib.

“Məqsədimiz Rusiyanın iqtisadi çöküşünə səbəb olmaq deyil. Rusiyanın danışıqlardan başqa alternativin olmadığını başa düşməsi üçün çalışırıq”, - Çexiya prezidenti əlavə edib.

Pavel diqqətə çatdırıb ki, Tramp reaksiya verməsə də bunun çox təsirli alət olduğunu anlayır.

Tramp Çinlə münasibətlərə işarə edərək yüksək tariflərin Pekini mövqeyini dəyişməyə məcbur etdiyini bildirib. Pavel isə onun bu arzumentindən istifadə edərək eyni halın Rusiya üçün də keçərli ola biləcəyini qeyd edib.

Xatirə SADİQ