Məşhur iş adamının oğlunun ölüm səbəbi açıqlandı – Yaşadığı binada...
Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin sədri, “Büyükfırat” restoranlar şəbəkəsinin sahibi Hüseyn Büyükfıratın oğlu Ebrar Büyükfıratın ölüm səbəbi məlum olub.
SAVASHMEDİA.az xəbər verir ki, o, yaşadığı binanın altıncı mərtəbəsindən yıxılıb.
Hadisə iyunun 28-i saat 12 radələrində Nərimanov rayonu C.Hacıbəyli küçəsi ev 104, mənzil 35-də baş verib.
Türkiyə vətəndaşı 1998-ci il təvəllüdlü Büyükfırat Ebrar Abdurrahim Hüseyn yaşadığı binanın eyvanından yıxılıb və vəfat edib.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır. (teleqraf)