“ABŞ ilə heç bir danışıq mümkün deyil” – İranlı diplomat

“ABŞ şərtləri diktə etdiyi müddətcə nüvə sazişi üzrə danışıqlar aparmaq mümkün deyil”. 

Jun 30, 2025 - 12:34
“ABŞ ilə heç bir danışıq mümkün deyil” – İranlı diplomat

SAVASHMEDİA.az xəbər verir ki, bunu İranın BMT-dəki nümayəndəsi Əmir Səid İrəvani "CBS News"a deyib. 

Onun sözlərinə görə, ABŞ-nin İrana son zərbələri danışıqların yeni mərhələsi üçün “uyğun şərt” deyil.

“Biz danışıqlarda iştirak etməliyik. Ola bilsin, hansısa nəticəyə gələcəyik, bəlkə də yox, amma qeyd-şərtsiz kapitulyasiya danışıqlar deyil. Bu, bizə qarşı siyasətin diktəsidir. Əgər danışıqlara hazır olsalar, bizi buna hazır görəcəklər. Amma bizə diktə etmək istəyirlərsə, deməli, heç bir danışıqlar mümkün deyil”, - iranlı diplomat vurğulayıb. 

Xatirə SADİQ