Zelenski ilə mübahisə dünya əhalisini hərəkətə gətirib
Ağ Evdəki mübahisədən sonra müxtəlif ölkələrdən olan donorlar Ukrayna ordusu üçün 2,5 milyon dollardan çox vəsait toplayıblar.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə ukraynali jurnalist Dmitri Qordon öz “telegram” kanalında “United24”-ə istinadən məlumat paylaşıb.
Məlum olub ki, fevralın 28-dən martın 2-dək 2 milyon 597 min 908 dollar vəsait toplanıb.
Təqdim olunmuş infoqrafiyada müxtəlif ölkələrin sakinlərinin nə qədər pul yığdığını görmək olar.
Xatirə SADİQ