Tramp Putinlə danışacağı tarixi açıqladı
ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı rusiyalı həmkarı Vladimir Putinlə danışacağını bildirib.
SAVASHMEDİA.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Floridadan Vaşinqtona gecə uçuşu zamanı Tramp bildirib.
“Mən çərşənbə axşamı prezident Putinlə danışacağam. Həftə sonu çoxlu iş görüldü. Biz baxmaq istəyirik ki, bu müharibəyə son qoya biləcəyikmi. Mümkündür ki, olacaq və ya olmayacaq, amma fikrimcə, bizim çox yaxşı şansımız var”, - deyə amerikalı president “Air Force One” təyyarəsinin göyərtəsində jurnalistlərə söyləyib.
Xatirə SADİQ