Ankara bir daha Ukraynanın ərazi bütövlüyünü dəstəklədi

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) növbəti dəfə Krımın Rusiya tərəfindən ilhaqını tanımadığını və Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib.

Mar 17, 2025 - 11:18
Ankara bir daha Ukraynanın ərazi bütövlüyünü dəstəklədi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Türkiyə XİN-nin yaydığı bəyanatda bildirilir. 

“11 il əvvəl (16 mart) qeyri-qanuni referendum yolu ilə Krım Muxtar Respublikasının Rusiya Federasiyası tərəfindən ilhaqının ildönümündə biz təkrarən bildiririk ki, Türkiyə Krımda beynəlxalq hüququn pozulması olan faktiki vəziyyəti tanımır və biz Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik”, - deyə bəyanatda deyilir.

Türkiyə XİN qeyd edib ki, Krımdakı hadisələri yaxından izləməyə davam edəcək. “Xüsusən də yarımadanın yerli əhalisi olan Krım tatarlarının vəziyyəti ilə bağlı bu məsələni beynəlxalq ictimaiyyətin gündəmində saxlayacağıq”, - deyə bəyanatda vurğulanıb. 

Xatirə SADİQ