Türkiyəli nazir vəfat etdi - FOTO

Türkiyənin sabiq səhiyyə naziri Halil Şıvqın vəfat edib.

Aug 10, 2025 - 15:38
Türkiyəli nazir vəfat etdi - FOTO

SAVASHMEDİA.az xəbər verir ki, nazirin ölüm xəbərini İYİ Partiyasının sədri Müsavat Dərvişoğlu yayıb.

Uzun müddətdir xəstəlikdən əziyyət çəkən 75 yaşlı H. Şıvqın müalicə aldığı Başkent Universiteti Xəstəxanasında həyatını itirib.

Qeyd edək ki, sabiq nazir 1950-ci ildə Ankarada anadan olub. Ankara Universitetinin Hüquq fakültəsini bitirib. Karyerasına müstəqil hüquqşünas kimi başlayan Şıvqın 1980-ci illərin əvvəllərində Ana Vətən Partiyasının (ANAP) qurucularından biri olub. Üç dəfə Ankaranın millət vəkili seçilib. Halil Şıvqın 1987-1991-ci illərdə səhiyyə və sosial yardım naziri, daha sonra isə səhiyyə naziri kimi mühüm vəzifələri icra edib.

Banu

Fotoda: Halil Şıvqın