Məşhur müğənni BOŞANDI – 4 ay əvvəl evlənmişdi... + FOTOLAR
Türkiyənin məşhur müğənnisi Berdan Mardini boşanıb.
SAVASHMEDİA.az xəbər verir ki, müğənni iki övladının anasından 2021-ci ildə ayrılıb.
2023-cü ildən isə özündən 13 yaş kiçik ingilis dili müəllimi Dilara Talayla eşq yaşamağa başlayıb. Cütlük bu il 16 apreldə ailə qurublar. Dilara Talay sosial şəbəkədə soyadını “Mardini”yə dəyişib.
Berdan Mardini bir müddət sonra sosial media profillərindən xanımı ilə olan bütün şəkillərini silib və onu izləmədən çıxarıb. Dilara isə yenidən “Talay” soyadına keçib, birgə şəkilləri silib və Berdan Mardinini izləmədən çıxarıb. Türkiyə mətbuatının yazdığına görə, cütlük artıq boşanıb.
Banu
Fotolarda: Berdan Mardini və Dilara Talay