NATO-nun növbəti sammiti Ankarada keçiriləcək
Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) növbəti sammiti 7-8 iyul 2026-cı il tarixlərində Ankarada keçiriləcək.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti X sosial şəbəkəsində məlumat yayıb.
“Növbəti sammitdə liderlər təhlükəsizliyimiz üçün kritik çağırışlara cavab verməyə hazır olmaq məqsədilə NATO-nu daha güclü, daha ədalətli və daha effektiv alyansa çevirmək üçün fəaliyyətini davam etdirəcək”, - deyə Mark Rutte vurğulayıb.
Qeyd edək ki, Tədbir Beştəpədəki prezident kompleksində baş tutacaq.
Türkiyə artıq ikinci dəfə NATO sammitinə ev sahibliyi edəcək. Alyansın liderləri bundan əvvəl 2004-cü ildə İstanbulda görüşmüşdülər.
Xatirə SADİQ