Gürcüstanın yeni prezidenti Mixail Kavelaşvili and içdi

Dekabrın 29-da Gürcüstanın yeni prezidenti Mixeil Kavelaşvilinin andiçmə mərasimi keçirilib. 

Dec 29, 2024 - 08:13
Gürcüstanın yeni prezidenti Mixail Kavelaşvili and içdi

SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, andiçmə mərasimi parlamentdə baş tutub.

Qeyd edək ki, Mixail Kavelaşvili iki həftə əvvəl bu vəzifəyə 300 nəfərlik Seçicilər Kollegiyası tərəfindən seçilib. Kollegiyada səslərin əksəriyyəti “Gürcü Arzusu” hakim partiyasına məxsusdur. 

Mixail Kavelaşvili keçmiş futbolçudur, Gürcüstan millisinin, “Dinamo”, “Mançester Siti”, “Spartak-Alaniya” futbol kleblarının oyunçusu olub. 

İdman karyerasını 2006-cı ildə başa vurub. 2022-ci ildə deputat olarkən “Gürcü arzusu”ndan ayrılıb, deputat qrupu ilə parlament çoxluğuna daxil olan “Xalqın Gücü” hərəkatının həmtəsisçisi olub. Bu qrup Qərb əleyhinə bəyanatlar verir və 2023-cü ildə xarici agentlərlə bağlı səs-küylü qanun layihəsini irəli sürüb. 2024-cü ildə “Xalqın Gücü” siyasi partiyaya çevrildi və Kavelaşvili onun siyasi katibi vəzifəsini icra etdi. 2024-cü il parlament seçkiləri üçün o, “Xalqın Gücü” namizədi kimi “Gürcü Arzusu” partiyasının siyahısı üzrə deputat seçilib. 

Gürcüstan KİV-ləri yazır ki, Mixail Kavelaşvilinin ali təhsili yoxdur.
Xatirə SADİQ