Fransa baş naziri Avropa Komissiyasını tənqid edib – “Politico”

Fransanın baş naziri Fransua Bayru bazar günü Avropa Komissiyasının Amerika burbonuna və digər məhsullara tariflər tətbiq etmək qərarını şübhə altına alıb.

Mar 17, 2025 - 14:10
Fransa baş naziri Avropa Komissiyasını tənqid edib – “Politico”

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb. 

Bayru güman edir ki, Avropa Komissiyası tariflərin tətbiq olunması üçün yanlış məhsullar seçib. Onun sözlərinə görə, Avropa Komissiyası oxumadan çox köhnə siyahıdan istifadə edib.

“Hər hansı səhvə yol verildimi? Bəli, yəqin ki. Çünki Kentukki burbonu siyahıya elə daxil edilıb ki, sanki ticarət təhlükəsi kəsb edir”, - deyə Bayru vurğulayıb. 

Bayru qeyd edib ki, Fransanın konyak sektoru artıq Avropa İttifaqı (Aİ) və Çin arasında növbəti ticarət mübahisəsinin qurbanına çevrildiyi bir vaxtda yenidən transatlantik ticarət gərginliyinin girovu olmaq riski daşıyır. Keçən il Pekin Aİ-nin Çin elektrik avtomobillərinə tətbiq etdiyi tariflərə cavab olaraq Avropa konyakının (Fransız da daxil olmaqla) idxalı ilə bağlı ticarət araşdırmasına başlayıb.

Bayru cümə günü konyak istehsalçıları ilə görüşüb. “Onlar ikiqat atəş altındadır: bir tərəfdən Çin, digər tərəfdən isə ABŞ”, - deyə baş nazir bildirib.

Ötən həftə ABŞ prezidenti Donald Tramp polad və alüminiuma 25 faiz qlobal rüsumlar tətbiq etməklə yeni ticarə müharibəsinə başlayıb. 

Avropa Komissiyası buna cavab olaraq Harley-Davidson motosikletləri, cins şalvarlar və burbon kimi məşhur Amerika məhsullarına tarifləri yenidən tətbiq edəcəyini elan edib. 

Trampın cavabı özünü çox gözlətyməyib. Ertəsi gün o, Fransadan və digər Aİ ölkələrindən gələn bütün “şərab, şampan və alkoqollu məhsullar”a 200 faiz rüsum tətbiq edəcəyi ilə hədələyib. 

Xatirə SADİQ