Fransalı nazir Rusiyanın vurduğu yerlərə baxış keçirdi - Kiyevdə
Fransanın xarici işlər naziri Jan-Noel Barro Ukrayna paytaxtına səfərinə Rusiyanın bombardmanı nəticəsində dəyən ziyanı yoxlamaqla başlayıb.
SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Fransanın Ukraynadakı səfirliyi X sosial şəbəkəsində məlumat paylaşıb.
Barro Kiyevə səhər gəlib və bu, Rusiya gecə ərzində Ukrayna hədəflərinə 426 dron və 24 raket atdıqdan sonraya təsadüf edib.
“Səfirlərin konfransının fəxri qonağı kimi Kiyevə gələn Jan-Noel Barro səfərinə bombardmanların baş verdiyi yerdən başlayıb. Ukrayna hava hücumundan müdafiəni gücləndirməlidir”, - deyə səfirliyin bəyanatında deyilir.
Səfirlik fransalı nazirin baxış keçirdiyi yerləri əks etdirən fotolar da paylaşıb.
Qeyd edək ki, Kiyevdə bu gün Ukraynanın xarici ölkələrdəki missiyalarının rəhbərlərinin toplantısı keçiriləcək.
Xatirə SADİQ