Berdiyevdən “Kəpəz”in baş məşqçisinin iddiasına QISA CAVAB

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev “Kəpəz” üzərində qazanılan qələbəni və qarşılaşmadan sonra səsləndirilən fikirləri şərh edib.

Nov 28, 2026 - 19:34
Berdiyevdən “Kəpəz”in baş məşqçisinin iddiasına QISA CAVAB

SAVASHMEDİA.az xəbər verir ki, mütəxəssis Azərbaycan Premyer Liqasının XIII turunda 2:1 hesabı ilə başa çatan oyunun çətin keçdiyini deyib.

“Kəpəz”lə görüşlərin həmişə ağır olduğunu deyən Berdıyev futbolçularının xarakter göstərməsindən və vacib qələbə qazanmalarından məmnunluğunu ifadə edib.

Jurnalistin “Kəpəz”in baş məşqçisinin komandasının ən azı bir xal qazanmağa layiq olduğu barədə fikrinə isə Berdıyev qısa cavab verib: “Bu, onun fikridir”.

O, penalti epizodu ilə bağlı suala cavabında həmin vəziyyətə baxmadığını və buna görə fikir bildirməyin çətin olduğunu söyləyib.

Aytən