Polisi avtomobillə 500 metr sürüklədilər - Ermənistanda

Ermənistanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat zamanı polis əməkdaşı avtomobillə təxminən 500 metr sürüklənib.

Nov 28, 2026 - 19:26
Polisi avtomobillə 500 metr sürüklədilər - Ermənistanda

SAVASHMEDİA.az xəbər verir ki, hadisə Kotayk vilayətinin Cırvəj kəndində baş verib.

Hüquq-mühafizə orqanları “Mercedes” markalı avtomobildə narkotik vasitələrin gizlədilməsi barədə məlumat aldıqdan sonra əməliyyat keçirib. Polis əməkdaşları şübhəli avtomobili saxlatmaq istəsələr də, sürücü geriyə hərəkət edərək başqa polis avtomobilinə çırpılıb.

Bu zaman avtomobilə yaxınlaşan 28 yaşlı polis əməkdaşının əllərindən tutan sürücü və sərnişin onu avtomobillə təxminən 500 metr sürükləyiblər. Yaralı polis çoxsaylı travmalarla xəstəxanaya yerləşdirilib.

Ermənistan İstintaq Komitəsinin məlumatına görə, hadisə ilə bağlı bir nəfər barəsində cinayət təqibi başlanıb və o, həbs edilib. Digər şəxsin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam edir.

Aytən