“Putin, növbə sənindir, Tramp səni əzəcək” - XƏBƏRDARLIQ

Respublikaçılar partiyasından olan amerikalı senator Lindsi Qrem növbəti dəfə Rusiya prezidentinə Ukraynadakı müharibə ilə əlaqədar danışıqlar masasına oturmaği tövsiyə edib.

Jul 21, 2025 - 13:32
“Putin, növbə sənindir, Tramp səni əzəcək” - XƏBƏRDARLIQ

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə senator Fox News telekanalına müsahibəsində danışıb.

“Putin, növbə sənindir. Donald Tramp Amerika siyasətinin və xarici diplomatiyasının Skotti Şeffleridir (amerikalı qolfçu) və o, səni əzişdirməyə hazırlaşır”, - deyə Qrem bildirib.

O, ABŞ prezidentinin hansı addımları ata biləcəyinə diqqəti cəlb edib: “Burada nə baş verəcək? Tramp Rusiya neftini alanlara tariflər tətbiq edəcək. Çin, Hindistan və Braziliya – bu üç ölkə ucuz Rusiya neftinin təxminən 80%-ni alır. Məhz bu, Putinin hərbi maşınını dəstəkləyir. Prezident Tramp Putinə yardım etdiklərinə görə onları cəzalandırmaqla bu ölkələrin hamısına 100% rüsum tətbiq edəcək. Putin sanksiyalara qatlana bilər. Bəlkə də o, rus əsgərlərinin taleyinə biganədir, amma Çin, Hindistan və Braziliya tezliklə seçimlə qarşılaşacaq: ya Amerika iqtisadiyyatı, ya da Putinə yardım. Düşünürəm ki, onlar gəlib Amerika iqtisadiyyatını seçəcəklər”, - deyə senator əminliklə vurğulayıb. 

Qrem hesab edir ki, Putin danışıqlar masasına oturmalıdır: “Sizin üçün, prezident Putin, oyunun qaydaları dəyişdi. Siz prezident Trampla oynamaqla özünüzü risqə atırdınız. Siz ciddi səhvə yol verdiniz və iqtisadiyyatınız çökməyə davam edəcək. Biz Ukraynaya silah veririk ki, Ukraynanın Putinə müqavimət göstərməsi üçün silahı olsun”.

Amerikalı senator Çinə, Hindistana və Braziliyaya Putinin yardım etməkdən vaz keçməyə çağırıb. “Amma mən Çinə, Hindistana və Braziliyaya nə deyərdim: Əgər bu müharibəni davam etdirmək üçün ucuz rus nefti almağa davam etsəniz, sizi parçalayacağıq və iqtisadiyyatınızı məhv edəcəyik, çünki sizin etdiyiniz qanlı pullardır. Siz bütün dünya hesabına ucuz rus neftini alırsınız və prezident Tramp bu oyundan yorulub. Mən prezident Putinin yerində olsaydım, tezliklə danışıqlar masasına əyləşərdim, çünki onu tezliklə əzəcəklər”, - deyə senator əlavə edib.

Xatirə SADİQ