"Övladım yoxdur, işçilərim evimi satıb bölüşdürsünlər" - Sərdar Ortacın vəsiyyəti 

Türkiyəli müğənni Sərdar Ortaçın səhhəti ilə bağlı verdiyi son açıqlaması pərəstişkarlarını sarsıdıb.

Jul 21, 2025 - 13:15
Jul 21, 2025 - 13:16
"Övladım yoxdur, işçilərim evimi satıb bölüşdürsünlər" - Sərdar Ortacın vəsiyyəti 

Uzun illərdir dağınıq skleroz (MS) xəstəliyi ilə mübarizə aparan müğənni həyatla bağlı ümidsiz fikirlərini bölüşüb.

“Ya 10-15 il ömrüm qalıb, ya da heç. Övladım da yoxdur onsuz, pulum da. Mirasımı işçilərimə buraxıram. Bir evim var, onu bölüşdürsünlər. Qalan zamanım bəlli deyil”, - Ortaç sosial media hesabında yazıb.

İzləyiciləri sənətçiyə dəstək mesajları yazaraq onun tezliklə əvvəlki ruh halına qayıtmasını arzulayıblar. (publika)